» » » Qurban Qurbanov: "Cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq"

Qurban Qurbanov: "Cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq"

Qurban Qurbanov: "Cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq"UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la keçirilən oyundan (0:0) sonra komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bildirib.
 
"Yaxşı müdafiə olunan rəqibə qarşı çıxış etdik. Son 10-15 dəqiqəni nəzərə almasaq, yüksək tempdə mübarizə apardıq. Futbolçular çox çalışdılar, intizamlı oynadılar. "Aşdod" da təhlükəli əks-hücuma keçən komandadır. Elə bu əks-hücumdan Maksim Medvedev qırmızı vərəqə aldı. Problemlərə baxmayaraq, cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq".
388     
Reklam

Reklam