» » » AİJA Milli Mətbuat Gününü idman mediası ilə birlikdə Qalaaltıda qeyd etdi! FOTOLAR

AİJA Milli Mətbuat Gününü idman mediası ilə birlikdə Qalaaltıda qeyd etdi! FOTOLAR

Bu gün, 22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Məhz bu gün, 146 il əvvəl, 1875-ci ilin 22 iyul tarixində, Həsən bəy Zərdabi tərəfindən ölkəmizdə ilk Ana dilli - "Əkinçi" qəzetinin əsası qoyulub.
 
Bu əlamətdar tarixlə əlaqədar, AİJA - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 30-dan çox KİV nümayəndələrini (televiziya, qəzet, elektron media və s.) Azərbaycanın dilbər güşələrindən biri olan - Siyəzən rayonunun füsünkar Qalaaltı kəndinə səfərini təşkil edib. Əlamətdar haldır ki, bu il bu tarix, ölkəmizdə qeyd olunan Qurban Bayramı ilə də üst-üstə düşüb.
 
Səfərə iştirak edən Bakı Dövlət Universitetinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlunun maraqlı söhbətləri və disskussiyaları, KİV nümayəndələrinin könlüncə olub. 
 
AİJA prezidenti, əməkdar jurnalist, Birinci Qarabağ Müharibəsinin qazisi Eldar İsmayılov, təşkilatın vitse-prezidentləri Natiq Nəsirov və Anar Şabanoğlu həmkarlara təbriklərini çatdıraraq. 22 iyul Milli Mətbuat Gününü qalib xalqın nümayəndələri kimi keçirməyin verdiyi fəxarətə görə, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev başda olmaqla, 44 günlük Vətən müharibəsində əməyi keçən hər kəsə təşəkkür edib, Vətən uğrunda canından keçmiş bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib.
 
Qeyd edək ki, səfərdə Vətən müharibəsinin iştirakçıları, jurnalist-qazilər Mahal Məmmədov və Seymur Kərimli, o cümlədən Xanoğlan İmanov da yer alıblar.
 
Sonda, bu gözəl təşəbbüsünə görə AİJA - Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyinə və səfər rəng qatan Vüqar Zifəroğluna Premyer.az saytı adından və səfərdə iştirak etmiş bütün jurnalistlər adın öz təşəkkürümüzü bildiririk.
 
p.s. İnşallah yaxın zamanlarda belə səfərlərdən birinin Qarabağın incisi - Şuşaya təşkil olunacağı ümidi ilə....
 
Rauf İskəndərov / Premyer.az
Fotolar: Rauf İskəndərov














122     
Reklam

Reklam