» » » Ayxan Abbasov: “Maraqlı mübarizəyə şahidlik etdik”

Ayxan Abbasov: “Maraqlı mübarizəyə şahidlik etdik”

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Çukariçki” – "Sumqayıt” qarşılaşmasının oyun sonrası mətbuat konfransında komandamızın baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini media mənsubları ilə bölüşüb: "Bugünkü oyun bizim Avropa səhnəsində ikinci qarşılaşmamız idi. Maraqlı mübarizəyə şahidlik etdik. Oyunun əvvəlində uşaqların həyəcanlı olduğu hiss olunurdu. Bu da səbəbsiz deyil, çünki, heyətimiz gənc futbolçulardan qurulub. Lakin, matçın gedişində həyəcanımızı boğa bildik. Rəqibimiz meydan amilinə görə nisbətən bizdən üstün oyun sərgiləməyi bacardı. Bir həftə sonra doğma meydanımızda azarkeşlərimizin qarşısında oynayacağıq. Onlar da bizim üçün darıxıblar. Ümidvaram ki, azarkeşlərimiz önündə sərfəli nəticə əldə edərək, turu keçən tərəf biz olacağıq”.
109     
Reklam

Reklam