» » » “Neftçi”nin AL-dəki mümkün rəqibləri məlum oldu

“Neftçi”nin AL-dəki mümkün rəqibləri məlum oldu

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, "Neftçi” – "Olimpiakos” cütündən məğlub olan tərəf III təsnifat mərhələsində "Malmö” (İsveç) – "HİK Helsinki” (Finlandiya) klublarından uduzan komanda ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Olimpiakos”la ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda, cavab matçı isə ayın 28-i saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.

Avropa Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 5-də və 12-də baş tutacaq.

125     
Reklam

Reklam