» » » "Olimpiakos" "Neftçi" ilə oyunlara 24 futbolçu sifariş etdi

"Olimpiakos" "Neftçi" ilə oyunlara 24 futbolçu sifariş etdi

"Olimpiakos" "Neftçi" ilə oyunlara 24 futbolçu sifariş etdiYunanıstanın "Olimpiakos" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Siyahıda 24 futbolçu yer alıb. Onların 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
Qapıçılar: Tomaş Vatslik (Çexiya), Eqmundur Kristinsson (İslandiya), Konstantinos Tsolakis
Müdafiəçilər: Usseynu Ba (Seneqal), Ruben Semedu (Portuqaliya), Kenni Lala (Fransa), Svetozar Markoviç (Serbiya), Avraam Papadopulos, Sokratis Papastatopulos, Oleq Ryabçuk (Moldova)
Yarımmüdafiəçilər: Tanasis Andrutsos, Andreas Buxalakis, Giorqos Masuras (hər üçü Yunanıstan ), Məhəmməd Kamara, Agibu Kamara (hər ikisi Qvineya), Pyer Kunde (Kamerun), Yan M Vila, Matyö Valbuena (hər ikisi Fransa)
Hücumçular: Nikola Çumiç, Lazar Ranceloviç (hər ikisi Serbiya), Yussef əl-Ərabi (Mərakeş), Ahmed Hasan Koka (Misir), Tikinyo (Braziliya), Marius Vrusai (Albaniya)
Qeyd edək ki, "Olimpiakos" və "Neftçi" arasında ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda olacaq.
134     
Reklam

Reklam