» » » "Sumqayıt" FK səfər öncəsi məşqə çıxdı

"Sumqayıt" FK səfər öncəsi məşqə çıxdı

Ankara toplanışını başa vuraraq Vətənə qayıdan "Sumqayıt" FK "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqə çıxıb.
 
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Çukariçki" ilə qarşılaşacaq komanda iyulun 19-da Serbiyaya yola düşəcək.
 
Ayxan Abbasovun yetirmələri "Metropole Collection Belgrade" otelində məskunlaşacaq.
153     
Reklam

Reklam