» » » "Neftçi"nin “Olimpiakos”la oyuna hazırlığı davam edir

"Neftçi"nin “Olimpiakos”la oyuna hazırlığı davam edir

"Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Olimpiakos”la oyunun hazırlığını davam etdirir.

 

Tbilisi "Dinamo”su ilə cavab matçının ertəsi bərpa məşqi keçib, sonrakı gün istirahət edən komanda üzvləri dünən və bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Hər iki hazırlıq prosesində yeni transferlər – Romen Bask və Huqo Basto da iştirak ediblər.

 

 

Qeyd edək ki, "Olimpiakos”la ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da "Georgios Karaiskakis” stadionunda keçiriləcək.

107     
Reklam

Reklam