» » » Bir qrup karateçiyə "İdman ustası" dərəcəsi verildi

Bir qrup karateçiyə "İdman ustası" dərəcəsi verildi

Bir qrup karateçiyə "İdman ustası" dərəcəsi verildiYarışlarda yüksək nəticələr əldə edən və uğurlu fəaliyyət göstərən bir qrup idmançı və məşqçiyə Azərbaycan Repsublikasının "İdman ustası" dərəcəsi verilib.
İdmançılardan Roman Heydərov, Tale Yaqubov və Novruz Əliyevə, məşqçilərdən isə Tərlan Cavadova dərəcə medalları və vəsiqələrlə yanaşı, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Fəxri Diplomları, hədiyyələr və federaiyanın əməkdaşlıq tərəfdaşlarından olan Veteran Tankçılar Bİrliyinin Fəxri Fərmanları verilib.
Mükafatları təqdim edən AMKF-in prezidenti Yaşar Bəşirov yüksək nəticələr əldə edən idmançı və məşqçilərimizin hər zaman diqqətlə yanaşıldığını qeyd edərək, onlara uğurlar arzulayıb.
109     
Reklam

Reklam