» » » "Şah" Kasparov üzərində ikinci dəfə də qələbə qazandı!

"Şah" Kasparov üzərində ikinci dəfə də qələbə qazandı!

"Şah" Kasparov üzərində ikinci dəfə də qələbə qazandı!Bu gün "Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirində son 9 turun partiyaları oynanılıb.
Startda 10-cu turda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb. On altıncı turda ukraynalı Anton Korobova məğlub olan şahmatçımız son turda keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla heç-heçə edib. Təmsilçimiz son turda niderlandlı Aniş Giriyə məğlub olub. Beləliklə 18 turda 10 xal toplayan Şəhriyar Məmmədyarov 6-cı yeri tutub.
Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.
108     
Reklam

Reklam