» » » “Bakcell Arena”da mətbuat konfransı və açıq məşq keçiriləcək

“Bakcell Arena”da mətbuat konfransı və açıq məşq keçiriləcək

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da "Bakcell Arena” stadionunda keçiriləcək "Neftçi” – "Dinamo” (Tbilisi) oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 13-ü saat 20:30-dan etibarən "Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:30-da rəqib komandanın mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə iyulun 13-ü saat 12:00-dan etibarən "Bakcell Arena”da "Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

125     
Reklam

Reklam