» » » Xəyal Nəcəfov: “Neftçi” kimi böyük, köklü klubda oynamaq hamının arzusudur”

Xəyal Nəcəfov: “Neftçi” kimi böyük, köklü klubda oynamaq hamının arzusudur”

"Neftçi”nin yeni transferi Xəyal Nəcəfov "Neftçi TV”yə müsahibə verib:

"Neftçi”yə transferim çempionatın axırında baş verdi. Söz-söhbətlər artıq çıxmışdı. "Neftçi” çox böyük klubdur. "Neftçi” kimi böyük, köklü klubda oynamaq hamının arzusu, məqsədidir. Bura gəlməyim mənim üçün də çox sevincli oldu. "Neftçi” kimi klubdan mənə təklif gəlməsi haqda xəbər çıxanda, çox sevindim. Hisslərimi ifadə edə bilmirəm. Belə böyük klubda oynamaq şərəfdir, gözəl hissdir. Bunadək "Sumqayıt”da oynadım. Oradan böyük kluba gəlməyim məni daha da sevindirdi, xoşbəxt elədi. Uşaqlıqdan məqsədim Azərbaycanda "Neftçi”də oynamaq olub. Bura gəldiyim üçün xoşbəxtəm. "Neftçi”dəki xəyalım əlimdən gələn hər şeyi etmək, bütün mümkün titulları qazanmaqdır. Rəqabətin olması bizim üçün də yaxşıdır. Buna hazıram. İnşallah, "Neftçi”də öz oyunumu nümayiş etdirsəm, inanıram ki, A milli komandanın baş məşqçisi mənə yenə dəvət göndərəcək. Burada çox gözəl kolektiv, mehribanlıq var. Mehribanlıq olan yerdə həmişə hər şey qaydasında olur, nəticə olur. Dünənki məşqim çox gözəl keçdi. Hamı kömək etməyə çalışırdı. Özümü kənardakı kimi hiss etmədim”.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibimizi dəyərləndirən gənc futbolçu ona dəstək olan azarkeşlərə minnətdarlığını bildirib: "Məşq edib, oyuna hazırlaşmaq lazımdır. Rəqib, demək olar, eyni gücə malik komandadır. İnşallah, mərhələni keçərik. Başqa variantımız yoxdur. Bu xəbərdən sonra "Neftçi” azarkeşlərinin çoxu mənə yazırdı. Sağ olsunlar, kömək olmağa çalışırdılar. "Sən oyna, qalanı bizlikdir” dedilər. Daha da yaxşı dəstək versinlər, həmişəki kimi arxamızda olsunlar. Biz də onlara söz veririk ki, inşallah, ən yaxşısını edəcəyik”.

190     
Reklam

Reklam