» » » İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu seçilib

İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu seçilib

 İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu seçilib"Avro-2020”nin səkkizdəbir final mərhələsi çərçivəsində Şotlandiyanın Qlazqo şəhərindəki "Hampden Park” Arenada keçirilən İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Ukrayna yığmasının üzvü Aleksandr Zinçenko görüşün ən yaxşısı seçilib. A.Zinçenko İsveç millisi ilə matçda ilk qolun müəllifi olub.
Qeyd edək ki, İsveç millisini "Avro-2020”dən kənarlaşdıran Ukrayna yığması tarixində ilk dəfə turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə Ukrayna millisi İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də Romada təşkil olunacaq.
148     
Reklam

Reklam