» » » Tokio Olimpiadasına 11 para-cüdoçumuz lisenziya qazandı

Tokio Olimpiadasına 11 para-cüdoçumuz lisenziya qazandı

Tokio Olimpiadasına 11 para-cüdoçumuz lisenziya qazandıTokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçuların adları açıqlanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, həmin vəsiqələrə reytinq xarakterli yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın para-cüdoçu sahib olub.
 
 
Kişilər:
Vüqar Şirinli (-60 kq)
Namiq Abaslı (-66 kq)
Ramil Qasımov (-73 kq)
Hüseyn Rəhimli (-81 kq)
Kənan Abdullaxanlı (-100 kq)
İlham Zəkiyev (+100 kq)
 
 
Qadınlar:
Şəhanə Hacıyeva (-48 kq)
Bəsti Səfərova (-52 kq)
Sevda Vəliyeva (-57 kq)
Xanım Hüseynova (-63 kq)
Dürsədəf Kərimova (+70 kq)
 
 
Rio 2016 Yay Paralimpiya Oyunlarında ölkəmiz 6 kişi və 1 qadın olmaqla ümumilikdə 7 paracüdoçu ilə təmsil olunurdu. Bununla Milli Paralimpiya Komandasının Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.
Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 idmançısı lisenziya qazanmışdır.
187     
Reklam

Reklam