» » » Tokioda Olimpiadasında ölkəmizin bayraqdarı Rüstəm Orucov olacaq!

Tokioda Olimpiadasında ölkəmizin bayraqdarı Rüstəm Orucov olacaq!

Tokioda Olimpiadasında ölkəmizin bayraqdarı Rüstəm Orucov olacaq!Cüdo üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Rüstəm Orucov Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin yekun qərarı ilə Tokio-2020-də milli komandamızın bayraqdarı seçilib. O, Yaponiya paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq.
Bu barədə jurnalistlərə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Rüstəm Orucov 2016-cı ildə Braziliyada keçirilən Olimpiya Oyunlarında gümüş medala sahib olub. Bayraqdar 2017 (Budapeşt) və 2019 (Tokio) -cu illərdə dünya çempionatının gümüş medalına layiq görülüb. Cüdoçumuz həmçinin 2016-cı ildə Kazan şəhərində baş tutan Avropa çempionatının qalibi olub. Rüstəm Orucov Minskdə keçirilən 2-ci Avropa Oyunlarında da gümüş medal qazanıb.
245     
Reklam

Reklam