» » » Flaqman Sloveniyada ikinci oyununu keçirdi

Flaqman Sloveniyada ikinci oyununu keçirdi

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız Sloveniyanın "Domjale” klubu ilə qarşılaşıb. "Domjale” stadionunda baş tutan görüşün 24-cü dəqiqəsində hesabı Namik Ələskərov açıb. Lakin 33-cü (Benyamin Markuş) və 39-cu (Jiqa Repas) dəqiqələrdə qol vuran sloveniyalılar qələbə qazanıblar – 1:2.

"Neftçi”: 12.Kamran İbrahimov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov (22.Mirabdulla Abbasov, 71), 8.Emin Mahmudov (K) (37.Vüsal Əsgərov, 71), 10.Sezar Meza Kolli (70.Asim Əlizadə, 76), 11.Harramiz Suares, 20.Mert Çelik (21.İsmayıl Zülfüqarlı, 62), 24.Yusuf Laval (19.Fəhmin Muradbəyli, 71), 29.Sabir Buqrin (26.Ömər Buludov, 36), 36.Mamadu Kane (72.Emin Zamanov, 71).

Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 94.Əlirza Müştəbəzadə.

Baş məşqçi: Samir Abasov

"Domjale”: 22.Klemen Mihalek, 15.Denis Adamov, 17.Mitya İleniç, 18.Benyamin Markuş, 19.Jiqa Repas, 21.Matey Podloqar, 23.Jiqa Dayçman, 26.Marko Martinoviç, 27.Tibor Qorens Stankoviç, 89.Slobodan Vuk (K), 90.Zeni Husmani.

Ehtiyat oyunçular: 84.Aydin Mulaliç, 3.Damyan Vuklişeviç, 4.Dohyun Kim, 5.Yanez Pişek, 6.Tilen Klemençiç, 7.Til Mavretiç, 8.Tamar Svetlin, 9.Dario Kolobariç, 10.Seniyad İbriçiç, 14.Mattias Kait, 20.Sven Şoştariç Kariç, 25.Emir Saitoski, 29.Arnel Yakuboviç, 30.Yoşt Urbançiç, 37.Filip Nikola Ostoyiç.

Baş məşqçi: Deyan Dyuranoviç

Qeyd edək ki, ilk yoxlama oyununu iyunun 21-də Sloveniyanın "Olimpiya” (Lyublyana) klubuna qarşı keçirən (1:1) "Neftçi” ayın 29-da Moskva "Spartak”ı ilə qarşılaşacaq.

230     
Reklam

Reklam