» » » "Neftçi" Sloveniyada ilk yoxlama oyununu keçirdi

"Neftçi" Sloveniyada ilk yoxlama oyununu keçirdi

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Sloveniyanın "Olimpiya” (Lyublyana) klubu ilə qarşılaşıb. "Kodeljevo Sport Ljubljana” stadionunda baş tutan görüş heç-heçə nəticələnib – 1:1. "Neftçi TV” vasitəsilə canlı yayımlanan matçın 1-ci dəqiqəsində hesabı Namik Ələskərov açıb. Bundan 1 dəqiqə sonra Mihaylo Peroviç bərabərlik qolunu vurub.

"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 20.Mert Çelik, 24.Yusuf Laval, 26.Ömər Buludov, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə, 10.Sezar Meza Kolli, 11.Harramiz, 19.Fəhmin Muradbəyli, 21.İsmayıl Zülfüqarlı, 22.Mirabdulla Abbasov, 70.Asim Əlizadə, 72.Emin Zamanov.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel & Suites”də məskunlaşan komandamız toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Flaqman iyunun 25-də Macarıstan "Fehervar”ı, 29-da isə Moskva "Spartak”ı ilə üz-üzə gələcək.

177     
Reklam

Reklam