» » » “FÜZULİ” FK KOMANDASININ MÜRACİƏTİ

“FÜZULİ” FK KOMANDASININ MÜRACİƏTİ

“FÜZULİ” FK KOMANDASININ MÜRACİƏTİ2019-cu ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş Həvəskarlar Arasında III Rusiya Çempionatının gümüş mükafatçısı, 2019-2020-ci il mövsümünün BFL – Bakı Futbol Liqasının qalibi, 2017/2018-ci illər mövsümünün Region Liqasının bürünc mükafatçısı, 2018/2019-cu il mövsümünün isə 1/4 finalçısı olmuş "Füzuli” FK komandası, 2021/2022-ci il mövsümündə də Bakı Futbol Liqasında çıxış etmək niyyətindədir. Lakin bunun üçün komandanın maliyyə sponsoruna ehtiyacı var.

Ali Baş Komandanın başçılığı altında Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı yağı düşməndən azad etməsi nəticəsində, artıq "Füzuli” komandası da məcburi köçkün statusu daşımır.

Komandamız bundan sonra da Füzuli rayonunu ölkə birinciliklərində və xaricdə təmsil edərək, öz çox saylı sadiq azarkeşlərini sevindimək və yeni-yeni uğurlar əldə etmək niyyətindədir.

Komandaya sponsorluq etmək istəyən bütün xeyirxah insanların və ya şirkətlərin aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlamaları rica olunur.

Əlaqə No:
1. "Füzuli" FK-nın İnzibatçısı
Ramil Məmmədov
Tel: 050 795 55 20
2. "Füzuli" FK-nın mətbuat katibi Rauf İskəndərov
Tel: 050 283 13 07

Hörmətlə,
"Füzuli” FK-nın Mətbuat Xidməti
379     
Reklam

Reklam