» » » Millimiz Gürcüstan yığmasına məğlub oldu

Millimiz Gürcüstan yığmasına məğlub oldu

Millimiz Gürcüstan yığmasına məğlub olduGürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün yoldaşlıq oyunu keçirib. Gürcüstan millisi ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub. Millimizin heyətində 65-ci dəqiqədə penaltidən Aysun Əliyeva və 90+4-cü dəqiqədə Ayşən Əhmədova fərqlənib. Bu komandalar arasında növbəti oyun iyunun 14-də keçiriləcək.
207     
Reklam

Reklam