» » » ""Grand Chess Tour": Şəhriyar və Teymur məğlubiyyətsiz irəliləyirlər

""Grand Chess Tour": Şəhriyar və Teymur məğlubiyyətsiz irəliləyirlər

Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin oyunları davam edir. 
Chess.az xəbər verir ki, dünən "Superbet Chess Classic Romania" adlı turnirin ikinci turunda ölkəmizi təmsil edən şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov növbəti heç-heçələrini etdilər.  Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişyukla, Teymur Rəcəbov isə Niderland Aniş Giri ilə xallarını bərabər bölüblər. Bu dəqiqələrdə turnirin üçüncü turun oyunlarına start verilib.  Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Deakla, Teymur Rəcəbov isə fransız Maksim Vaşye-Laqrafla qarşılaşır. Xatırladaq ki, Şəhriyar və Teymurdan başqa turnirdə ABŞ şahmatçıları Fabiano Karuana və Vesli So, niderlandlı Aniş Giri, erməni Levon Aronyan, fransız Maksim Vaşye-Laqraf, rusiyalı Aleksandr Qrişyuk və meydan sahibləri Boqdan-Daniel Deak və  Konstantin Lupulesku iştirak edirlər. Yarış iyunun 15-dək davam edəcək.
83     
Reklam

Reklam