» » » "Fənərbağça" baş məşqçi ilə yollarını ayırdı

"Fənərbağça" baş məşqçi ilə yollarını ayırdı

"Fənərbağça" baş məşqçi ilə yollarını ayırdıTürkiyənin "Fənərbağça" futbol klubu baş məşqçi Emre Belözoğlu ilə yollarını ayırıb.
Bununla bağlı hər iki tərəf açıqlama yayıb. Onlar birgə çalışdıqları müddətdə əməkdaşlıqdan razılıq ifadə ediblər. Anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğu bildirilir.
Qeyri-rəsmi iddialara görə, klub rəhbərliyə əcnəbi baş məşqçi gətirmək istəyib və Emreyə onun köməkçisi vəzifəsini təklif edib, 41 yaşlı mütəxəssis isə təkliflə razılaşmayıb.
Qeyd edək ki, Emre "Fənərbağça"da futbolçu və idman direktoru kimi də çalışıb. O, Türkiyə Super Liqasının son 10 turunda komandanın sükanı arxasında olub və "sarı-lacivərdlilər"i bürünc medalçı edib.
118     
Reklam

Reklam