» » » QHT rəhbəri Ramil İskəndərli erməni hərbi cinayətkarların məhkəməsində iştirak etdi

QHT rəhbəri Ramil İskəndərli erməni hərbi cinayətkarların məhkəməsində iştirak etdi

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və 20.05.2021-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu gün sözügedən cinayət işi üzrə Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi E. Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə hazırlıq iclasında „Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli müşahidəçi qismində iştirak etmişdir.

Ramil İskəndərlinin sözlərinə görə,  "məhkəmə hazırlıq iclası zamanı  hakim tərəfindən təqsirləndirilən şəxslərə və zərərçəkmişlərə, onların nümayəndələrinə və hüquqi varislərinə tam şəkildə hüquqlarının izah olunması, tərəflərin bərabərliyinin təmin olunması, təqsirləndirilən şəxslərin dövlət tərəfindən vəkillə və tərcüməçi ilə təmini müşahidə edilmişdir. Proses zamanı təqsirləndirilən şəxslərə qarşı metal qəfəs və qandallar istifadə edilməmişdir. Prosesdə Ombudsman, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndələri iştirak etmişlər.

 "Məhkəmə hazırlıq iclası BMT-nin Mülki və Siyasi hüquqlar haqqında paktda, Avropa İnsan Hüquqları Konvensiyasında və digər sənədlərdə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ baxımından müvafiq standartlara uyğun qaydada keçirilmişdir. Xüsusilə də, Beynəlxalq Hüquqşünaslar Komissiyasının (ICJ) müstəqil müşahidəçilər üçün nəzərdə tutduğu "Məhkəmə Müşahidəçiliyi üzrə Bələdçi” sənədində qeyd olunan standartlara müstəqil müşahidəm nəticəsində ümumilikdə əməl olunduğunu  qeyd edə bilərəm” – deyə Ramil İskəndərli bildirmişdir.

ShushaNews.com 

169     
Reklam

Reklam