» » » Azərbaycan komandası aerobika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazandı!

Azərbaycan komandası aerobika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazandı!

Azərbaycan komandası aerobika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazandı!Çoxdandır ki, ölkəmizdə təşkili planlaşdırılanAerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı nəhayət ki baş tutdu.
2020-ci ildə keçirilməli olan, lakin COVID-19 pandemiyası səbəbilə təxirə düşən bu çempionat 27-29 may tarixlərində təşkil edildi. Azərbaycan Gimnastika Federasiyasının (AGF) may ayında təşkil etdiyi yarışlardan sonuncusu olan bu yarışda da gimnastlarımız uğurları ilə hər kəsi sevindirdilər.
Belə ki, Azərbaycan təmsilçiləri ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə dünya çempionatında dünya çempionu titulunu qazanmağa müvəffəq oldular. Avropa çempionu adını daşıyan Akif Kərimli, Nigar İbrahimbəyli, Ayxan Əhmədli, Nərminə Hüseynova, Mədinə Mutafayeva, Elçin Məmmədov, İmran İmranov və Nurcan Cabbarlıdan ibarət aerodans komandamız bu dəfə də onlara olan inamı doğrultdu və fəxri kürsünün ilk pilləsinə yüksəldi.
Doğma divarlar arxasında - Milli Gimnastika Arenasında Azərbaycan Respublikasının Dövlət Himni yenidən səsləndi. Bu dəfə məhz dünya çempionlarımız şərəfinə!
28 may Respublika Günündən bir gün sonra dünya birinciliyininqalibi olmuş idmançılarımız isə qələbələrini Respublikamıza həsr ediblər.
Gimnastlarımız bu gün keçirilən daha iki final mərhələsində də çıxış ediblər. Kişilərin fərdi proqramında dünyanın ən güclü 8 gimnastı arasında Vladimir Dolmatov 7-ci olub. Nərminə Hüseynova, İmran İmranov, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva və Balaxanım Əhmədovadan ibarət qrupumuz isə finalda 8-ci yerdə qərarlaşıb.
Çempionatın Yerli Təşkilat Komitəsi olaraq bu yarışların keçirilməsində əməkdaşlıq etdiyimiz müvafiq dövlət strukturları və qurumlara dərin minnətdarlığımızı bildiririk!
Qazanılmış bu uğur münasibətilə hər kəsi təbrik edirik!
182     
Reklam

Reklam