
08.05.2021-ci
ildə Premyer Liqanın XXVI turunun "Keşlə” – "Sumqayıt” oyununda "Keşlə”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800
manat cərimə olunur. (maddə 39)
08.05.2021-ci
ildə Premyer Liqanın XXVI turunun "Keşlə” – "Sumqayıt” oyununda
"Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün
klub 800 manat cərimə olunur. (maddə 39)
14.05.2021-ci ildə Premyer Liqanın
XXVII turunun "Sumqayıt” – "Neftçi” oyununda "Sumqayıt” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə
olunur. (maddə 39)
06.05.2021-ci ildə I Divizionun XXV
turunun "Sabah-2” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə
olunur. (maddə 39)
07.05.2021-ci ildə I Divizionun XXV
turunun MOİK – "Sumqayıt-2” oyununda matç gec başlandığı üçün meydan
sahibi klub 160 manat cərimə olunur. (maddə 59.4)
07.05.2021-ci ildə I Divizionun XXV
turunun "Zaqatala” – "Qaradağ Lökbatan” oyununda "Zaqatala” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə
olunur. (maddə 39)
11.05.2021-ci ildə I Divizionun XXVI
turunun "Neftçi-2” – "Sabah-2” oyununda "Sabah-2” klubunun 5 futbolçusu
sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
(maddə 39)
11.05.2021-ci ildə I Divizionun XXVI
turunun "Turan Tovuz” – "Zaqatala” oyununda "Turan Tovuz” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə
olunur. (maddə 39)
11.05.2021-ci ildə I Divizionun XXVI
turunun "Turan Tovuz” – "Zaqatala” oyununda əsasnaməyə uyğun olaraq
meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.
(maddə 60)
11.05.2021-ci ildə I Divizionun XXVI
turunun "Sumqayıt-2” – "Qarabağ-2” oyununda "Qarabağ-2” klubunun 45
nömrəli futbolçusu Seyxan Fərəcovun qeyri-idman hərəkətinə görə ikinci
sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub
20 manat cərimələnir. (maddə 47)
11.05.2021-ci ildə I Divizionun XXVI
turunun "Qaradağ Lökbatan” – MOİK oyununda matçın 47-ci dəqiqəsində
MOİK klubunun 45 nömrəli futbolçusu Hüseyn Hüseynlinin "kobud oyuna”
görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun
cəzalanır klub 160 manat cərimələnir. (maddə 36.1)
27.04.2021-ci ildə Samir Abasovla
bağlı qəbul edilən qərara 17.05.2021-ci ildə yenidən baxılmışdır,
27.04.2021-ci ildə 31 nömrəli protokolda qəbul edilən qərar öz
qüvvəsində qalmışdır.
15.05.2021-ci ildə U-17 Kubokunun
"Sabah” U17 – "Neftçi” PFK U17 oyununda "Sabah” U17 komandasının 10
nömrəli futbolçusu Firəddin Abdullayev qeyri-idman hərəkətinə görə
ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır. (maddə 47)
12.05.2021-ci ildə U-17 Kubokunun
"Neftçi” İK İB – "Qarabağ” oyununda "Qarabağ” komandasının 3 nömrəli
futbolçusu Xəyal Əkbərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə
ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47).
12.05.2021-ci ildə U-17 Kubokunun
"Səbail” – "Neftçi” oyununda "Neftçi” komandasının baş məşqçisi Elman
Sultanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır. (maddə 61.1)
13.05.2021-ci ildə Gənclər Kubokunun
"Zirə” – "Kəpəz” oyununda matçın 45+2-ci dəqiqəsində "Zirə” komandasının
45 nömrəli futbolçusu Rəhim Cəfərli hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
(maddə 41.3)
13.05.2021-ci ildə Gənclər Kubokunun
"Zirə” – "Kəpəz” oyununda matçın 90+2-ci dəqiqəsində "Zirə” komandasının
14 nömrəli futbolçusu Peyman Səmədli hakimi təhqir etdiyinə görə
birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun
cəzalanır. (maddə 41.3)
16.05.2021-ci ildə Gənclər Kubokunun
"Neftçi” PFK – "Kəpəz” FK oyununda "Neftçi” komandasının 44 nömrəli
futbolçusu Xəqan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə
ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
16.05.2021-ci ildə Gənclər Kubokunun
"Qəbələ” – "Keşlə” İK İB oyununda "Qəbələ” komandasının 7 nömrəli
futbolçusu Emil Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə
ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)