» » » Mayın 8-də Şuşa ilə bağlı plan - Hazırlıq gedir

Mayın 8-də Şuşa ilə bağlı plan - Hazırlıq gedir

Mayın 8-də Şuşa ilə bağlı plan - Hazırlıq gedir"8 may tarixində Şuşada müəyyən tədbirlərin keçirilməsi barədə dəqiq bir söz deyə bilmərik. Çünki pandemiyadır və müəyyən planlar Operativ Qərargahın qərarlarından asılıdır. Ola bilər ki, onlayn tədbirlər və müzakirələr oldu. Bundan başqa hər il olduğu kimi, Şəhidlər Xiyabanın ziyarəti də mümkündür. Amma hələki rəsmi bir söz demək tezdir”.

Bu məlumatı Bizim.Media-nın "Şuşanın ermənilər tərəfindən 29 il öncə işğalı ilə bağlı nələr nəzərdə tutulur” sualını cavablandırakən Şuşa Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirdilər. 

İnternetdə bəzi şayiələr gəzir ki, mayın 8-i Şuşada "Xarı Bülbül” festivalının keçirilməsi nəzərdə tutulub.

Xeyir, məlumatsızıq. Mayın 8-i elə bir tarixdir ki, Şuşada çoxsaylı insan şəhid olub. Həmin gün hansısa festivalın keçirilməsini düşünmürük. Digər tərəfdən, cənab Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlara icazəsiz səfərlərin əleyhinədir. Çünki orada nə qədər insan minaya düşüb. Müharibədən sonra yüzlərlə insan minaya düşərək ya xəsarət alıb, ya da ölüb. İşğaldan azad olunan torpaqlara bərpa və təhlükəsizlik tədbirləri tam görüləndən sonra getmək lazımdır. İnsanlar anlamalıdırlar ki, o torpaqlar onsuz da bizimdir”.

Şuşa İcra Hakimiyyətindən sonda bir daha xatırladıldı ki, mayın 8-nə qədər bu tarixlə bağlı rəsmi bir söz demək olmaz. Hər şey həmin gün bəlli olacaq.

Xəbər verdiyimiz kimi, Ramazan bayramından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri gözlənilir. Səfər çərçivəsində bir neçə binanın və bir məscidin təməlqoyma mərasiminin olacağı və Şuşada Türkiyə Respublikası konsulluğunun açılışı planlaşdırılır. Bundan başqa Azərbaycanın mədəniyyət paytaxtında musiqi festivalının keçirilməsi də planlaşdırılıb.
82     
Reklam

Reklam