» » » “Neftçi” “Keşlə”yə böyük hesabla qalib gəldi

“Neftçi” “Keşlə”yə böyük hesabla qalib gəldi

"Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komanda 25-ci turda "Keşlə”ni 3:0 hesabı ilə məğlub edib. "ASK Arena”da baş tutan görüşdə qolları Tərlan Quliyev (38-ci dəqiqə, avtoqol), Keysuke Honda (74-cü dəqiqə) və Emin Mahmudov (90+2-ci dəqiqə) vurublar.

"Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 4.Keysuke Honda (17.Bruno Teluşi, 77), 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov (19.Fəhmin Muradbəyli, 80), 8.Emin Mahmudov (K), 22.Mirabdulla Abbasov (9.Ahmed Ahmedov, 67), 24.Yusuf Laval, 26.Ömər Buludov, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 20.Mert Çelik, 28.Stiven Jozef-Monroz, 49.Rener Alves De Souza, 91.Tallison Dias.

Qeyd edək ki, "Neftçi” hazırda 25 oyundan 50 xalla 1-ci yeri tutur. Bir oyun az keçirən "Qarabağ” isə eyni xalla 2-ci yerdə qərarlaşıb.

63     
Reklam

Reklam