» » » Bakı Dövlət Sirki MÜSABİQƏ elan etdi - istedadlı gənclər axtarılır!

Bakı Dövlət Sirki MÜSABİQƏ elan etdi - istedadlı gənclər axtarılır!

Bakı Dövlət Sirki 75 ildən sonra ilk milli truppa və orkestr heyətini yaradır.

Bakı Dövlət Sirki milli truppa yığılması məqsədilə istedadına güvənən 18-29 yaşınadək olan gəncləri, tələbələri və ixtisaslı şəxsləri müsabiqəyə dəvət edir.

Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, janqlyor və digər istedadlı gənclər müsabiqədə iştirak edə bilərlər.


Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Xoreoqrafiya Akademiyasının məzunlarının iştirakı arzuolunandır.

Namizədlər öz tərcümeyi-hallarını (CV) və  nümayiş  etdirəcəkləri  janra uyğun qısa video materialı  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Həmçinin məlumatları (+99450) 204 04 54 "WhatsApp” nömrəsinə göndərmək mümkündür.

Eyni zamanda müsabiqədə iştirak etmək istəyən şəxslər Bakı Dövlət Sirkinin aşağıda göstərilən sosial şəbəkələri  vasitəsilə də əlaqə saxla bilərlər.

Facebook linki : //www.facebook.com/bakidovlet.sirki.3/photos

Instagram linki: //www.instagram.com/bakucircusofficial/?igshid=x0dscccyx87u
135     
Reklam

Reklam