» » » Akrobatlarımızdan Bolqarıstanda gümüş medal

Akrobatlarımızdan Bolqarıstanda gümüş medal

Akrobatlarımızdan Bolqarıstanda gümüş medal21-25 aprel tarixində Bolqarıstanın paytaxtı Sofiyada akrobatika gimnastikası üzrə Dünya Kuboku və kubok çərçivəsində beynəlxalq turnir keçirilib.
Yarışda ölkəmizi Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük və Leyla Bəşirova, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanovadan ibarət qadın qrupu təmsil edib.
Kubok çərçivəsində keçirilmiş beynəlxalq turnirdə 13-19 yaş kateqoriyasında çıxış edən qadın qrupumuz qarışıq hərəkətlərdə fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.
Dünya Kubokunda gücünü sınayan Ağasif Rəhimov və Raziyə Seyidli cütlüyü isə finalda 8-ci olub.
92     
Reklam

Reklam