» » » İngiltərə futbolunun "Şöhrət zalı" yaradıldı

İngiltərə futbolunun "Şöhrət zalı" yaradıldı

İngiltərə futbolunun "Şöhrət zalı" yaradıldıİngiltərə futbolunun şöhrət zalı yaradılıb. Ora adı daxil edilən ilk oyunçular da açıqlanıb.
İngiltərə premyer liqası tarixinin ən sərrast futbolçusu Alan Şirer və "Arsenal”ın əfsanəsi Tyerri Anrinin adları "şöhrət zalı”na əlavə olunub. Qeyd edək ki, Şirer doğma çempionatda 441 oyunda 260 qolla fərqlənib. Anri isə 258 görüşdə 175 qol vurub. O, Şirerin liderlik etdiyi siyahıda 6-cıdır. Tyerri Anri bu uğura yalnız "Arsenal”ın şərəfini qoruyaraq nail olubsa, Şirer "Blekbörn” və "Nyukasl” komandalarında çıxış edib. İngiltərə premyer liqası rəhbərliyi fəxri ada layiq görülən futbolçuları açıqlayandan sonra   saytında "Şöhrət zalı”na namizəd 23 oyunçunun adını da ictimaiyyətlə bölüşüb. Münsiflər heyətinin rəyi və azarkeşlərin səsverməsindən sonra daha 6 futbolçunun adı "Şöhrət zalı”na daxil ediləcək. Qeyd edək ki,   karyerasını 2020-ci il, avqustun 1-dək yekunlaşdıran futbolçular bu uğura nail ola bilərlər.
98     
Reklam

Reklam