» » » Bədii gimnastika ulduzları yenidən Milli Gimnastika Arenasında

Bədii gimnastika ulduzları yenidən Milli Gimnastika Arenasında

Bədii gimnastika ulduzları yenidən Milli Gimnastika ArenasındaSon illərdə xarici idmançılar üçün sevimli təlim-məşq və yarış məkanına çevrilmiş Milli Gimnastika Arenası yenidən öz qapılarını dünyaca məşhur bədii gimnastlar üçün açacaq.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2021-ci ildə bədii gimnastika üzrə Dünya Kubokunun 7-9 may tarixlərində mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq keçirilməsinə icazə vermişdir.
Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya Kubokun baş tutması ilə bağlı həm ölkə təmsilçilərimiz, həm də xarici gimnastlar üçün sevindirici olmuşdur.
İlk öncə qeyd edək ki, Azərbaycanı bu yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, Yeniyetmələr arasında Dünya Çempionatının 2-qat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının 3-qat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edəcək.
Dünya Kubokunda 37 ölkədən qrup komandaları tərkibində 111 (19 qrup) və fərdi proqram üzrə 67 fərdi gimnast mübarizə aparacaq. Yarışın aparıcı gimnastları:
Belarus təmsilçiləri – dünya və Avropa çempionatlarının, Avropa Oyunlarının gümüş və bürünc medalçısı, Olimpiada finalçısı Katerina Qalkina, dünya çempionatının bürünc, Avropa çempionatının gümüş və bürünc medalçısı Anastasiya Salos, həmçinin Avropa Oyunlarının qalibi qrup hərəkətləri komandası;
Bolqarıstan təmsilçiləri – dünya çempionatının gümüş, Avropa çempionatının, Avropa Oyunlarının gümüş və bürünc medalçısı, Katrin Taseva, dünya çempionatının gümüş, Avropa çempionatının bürünc medalçısı Boryana Kaleyn, eləcə də dünya və Avropa çempionatları, Avropa Oyunlarının çoxqat mükafatçısı qrup hərəkətləri komandası;
İsrail təmsilçiləri – dünya çempionatının çoxqat medalçısı, Avropa çempionatı və Avropa Oyunlarının qalibi Linoy Aşram, dünya çempionatının gümüş və Avropa çempionatının bürünc medalçısı Nikol Zelikman;
İtaliya təmsilçiləri – dünya çempionatının bürünc medalçısı Aleksandra Acurcukules, dünya çempionatının gümüş və bürünc medalçısı Milena Baldassari, eləcə də dünya və Avropa çempionatının qalibi qrup hərəkətləri komandası;
Rusiya təmsilçiləri - Yeniyetmələr arasında Dünya Çempionatının qalibi Lala Kramarenko, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının qalibi qrup hərəkətləri komandası;
Ukrayna təmsilçiləri – yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı Viktoriya Onopriyenko, Avropa çempionatı və Yeniyetmələrin Olimpiya Oyunlarının gümüş medalçısı Kristina Pohraniçna, son Avropa çempionatının çoxqat medalçısı qrup komandası;
Türkiyə təmsilçiləri – son Avropa çempionatının qızıl medalçısı qrup komandası;
ABŞ təmsilçisi – Pan Amerika Oyunları və çempionatlarının çoxqat qalibi Laura Zenq;
Braziliya təmsilçisi - Pan Amerika və Cənubi Amerika Oyunları və çempionatlarının çoxqat qalibi Nataliya Qaudiodur.
186     
Reklam

Reklam