350-ci oyun!

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Sumqayıt” üçün yubileylə əlamətdar olub. "Gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib. "Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0. Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci sülhü olub. Rəqib qapılarına 360 qol vuran komanda 468 top buraxıb.
Əsası 2010-cu ildə qoyulan komanda əvvəl "Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, I divizion, Azərbaycan kuboku və UEFA Avropa Liqasında çıxış edib.
121     
Reklam

Reklam