» » » Sezardan 100-cü oyun

Sezardan 100-cü oyun

Sezardan 100-cü oyun  Sezar Meza Kolli "Keşlə”nin heyətində 100-cü oyununu keçirib. Paraqvaylı yarımmüdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçına təsadüf edib. "Zirə” ilə ev qarşılaşması (1:2) legionerin 100-cü görüşü olub. O, bu oyunlarda 16 qol vurub. Sezar 2013-16 və 2018-ci illərdə də şərəfini qoruduğu "Keşlə”yə 2019-cu ilin yayında qayıdıb. O, Premyer Liqada 82 (9 qol), ölkə kubokunda 16 (5 qol), UEFA Avropa Liqasında 2 (2 qol) matçda forma geyinib.
108     
Reklam

Reklam