» » » Holifild Taysona cavab verdi

Holifild Taysona cavab verdi

Boks həvəskarları Evander Holifildlə Mayk Tayson arasında 3-cü döyüşü səbirsizliklə gözləsə də, bu döyüş keçirilməyib. Daha doğrusu, Evander "Dəmir Mayk”la görüşməkdə maraqlı olsa da, qarşı tərəf onun çağırışına cavab verməyib. Hərçənd Tayson belə bir ideya yarananda onun əleyhinə çıxmamışdı. Amma sonradan o döyüşə çıxmayacağını bildirmişdi. Belə məqamda Holifildin fikirləri ilə tanış olmaq maraqlı olardı. Amerika mətbuatına açıqlama verən Evander görüşün  keçirilməməsinə görə Taysonun komandasını günahlandırıb. O, əslində bu təklifin Maykın komandası tərəfindən gəldiyini söyləyib. Evander əslində iki dəfə bu rəqibini məğlub etdiyini və bu dəfə nəyisə sübut etməyə ehtiyac duymadığını bildirib. Amerikalı boksçu Taysonun bu döyüşdən  imtina etməsinə inanmadığnı da bildirib. Onun fikrincə, sadəcə Maykın komandasının pula hərisliyi bu planın baş tutmasına mane olub.
Xatırladaq ki, Taysonla Holifild 1996 və 1997-ci illərdə üz-üzə gəlib. İlk görüşdə Tayson texniki nokautla məğlub olmuşdusa, təkrar döyüşdə o rəqibinin qulağını dişlədiyinə görə diskvalifikasiya olunmuşdu.  Yeri gəlmişkən, Holifild iyunun 5-də irlandiyalı döyüşçü Kevin Makbraydla şou xarakterli döyüşdə üz-üzə gələcək.
136     
Reklam

Reklam