» » » “Sumqayıt”ın futbolçusunun Premyer Liqada 100-cü oyunu!

“Sumqayıt”ın futbolçusunun Premyer Liqada 100-cü oyunu!

“Sumqayıt”ın futbolçusunun Premyer Liqada 100-cü oyunu!"Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib. Bu, XXII turun "Qarabağ”la görüşünə (1:4) təsadüf edib. O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/15 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını "Sumqayıt”da keçirib. O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Xəyala qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.
Qeyd edək ki, Nəcəfov 100 matçda 2 qol vurub.
62     
Reklam

Reklam