» » » AFFA məşqçilərə lisenziyalar təqdim etdi

AFFA məşqçilərə lisenziyalar təqdim etdi

AFFA-nın təşkilatçılığı, Naxçıvan Futbol Federasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında AFFA "C" kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
 
Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında məşqçilik kursunu müvəfəqiyyətlə bitirən iştirakçılara "C” kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib.
Xatırladaq ki, AFFA-nın dəstəyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kursa ötən ilin sentyabr ayında start verilib və fasilələrlə 3 modul şəklində icra olunub. Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.
91     
Reklam

Reklam