» » » NASA həmyerlimiz Ələkbər Mirqədirovu AYA göndərəcək – DOSYE - FOTO

NASA həmyerlimiz Ələkbər Mirqədirovu AYA göndərəcək – DOSYE - FOTO

ABŞ-da Aya uçuş üçün namizədlərdən birinin adı məlum olub. Bu azərbaycanlı, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.

42 yaşlı Mirqədirov, Bakıda anadan olub. O,paytaxtdakı 45 nömrəli məktəbi bitirib və 1991-ci ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb.
 

Ələkbər (Allen) burada San Diego Universitetində aerodinamikanın incəliklərini öyrənib. Daha sonra o, 10 ildən çox ABŞ Hava Qüvvələrində xidmət edib. Mirqədirov MARS-8 və SIRIUS-19 "ekspedisiyalarında" iştirak edib.

Ələkbər 2014-cü ildən bəri Marsa, 2019-cu ildən Aya uçuşa namizəddir.

Ədəbiyyatı sevən Mİrqədirovun ən sevdiyi kitablar Yuri Qaqarinin kitabları və Moll Nəsrəddin lətifələridir.

Həmyerlimiz özünüz ilə hansı kitabları götürərdiniz sualına belə cavab verib:

"Lev Tolstoyun "Dirilmək" , Azərbaycan mətbəxi haqqında bir yemək kitabı (əlbətdə ki, ən sevdiyim yeməyi Marsda bişirə bilməyəcəm, amma bu o demək deyil ki, bu barədə xəyal edə bilmərəm ...), Daniel Defonun "Robinson Kruzo" A.S. Puşkinin əsərlərini  və Molla Nəsrəddin lətifələr kitabını özümlə götürərdim”.
104     
Reklam

Reklam