» » » Anqolalı legioner "Keşlə"dən FİFA-ya şikayət edib

Anqolalı legioner "Keşlə"dən FİFA-ya şikayət edib

"Keşlə”dən hələ mövsümün startında ayrılan Aleksandr Kristavao bakılılardan FIFA-ya rəsmi şikayət edib.
Anqolalı hücumçu bu barədə özü məlumat verib. Hollandiya vətəndaşlığı da olan hücumçunun sözlərinə görə klubla 2021-ci ilin mayına qədər müqaviləsi olsa da, Bakı təmsilçisi onu bitərəfli şəkildə komandadan göndərib. Bu səbəbdən "Keşlə” futbolçuya maaş ödəməyi lazım bilməyib. İndi legioner futbolçu dünya futbol qurumunun son qərarını gözləyir. Qeyd edək ki, ötən ilin qışında "Keşlə”yə gələn futbolçu ilə yayda yeni anlaşma imzalanmışdı. Avrokuboklarda, ardınca mövsümün əvvəlində forma geyən Aleksandr sonradan çempionatdakı fasilədən yararlanaraq Hollandiyaya yollanmışdı. Klub onun icazəsiz getdiyini bildirərək müqaviləyə birtərəfli xitam vermişdi.
78     
Reklam

Reklam