Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb. Dövrənin 28 oyununda
59 qol vurulub. Qarşılaşmalardan 16-da qalib müəyyənləşibsə, 12 heç-heçə
qeydə alınıb.
Dövrənin ən yaxşısı "Neftçi” olub. Paytaxt təmsilçisi
qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan
və top fərqində ən yaxşı olan "Qarabağ” ikincidir. "Sumqayıt”la "Zirə”
də ağdamlılar kimi yalnız bir dəfə uduzub.
Dövrə ərzində qələbəsi olmayan yeganə klub "Keşlə” qapısında ən çox qol görən komandadır.