
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat
Departamenti Ermənistanın Qarabağda "İskəndər" raketindən istifadə
etməsi və Şuşada qalıqlarının tapılması ilə bağlı istintaq başladıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, Federasiyanın
Cənubi Hərbi Dairəsindəki anbarlardan qanunsuz olaraq "İskəndər”
raketlərinin alınması, Ermənistana qanunsuz çatdırılması və bu
əməliyyatın Livan, Rusiya bankları vasitəsi ilə ödənilməsi son dərəcə
sərt cavablar tələb edən bir vəziyyətdir.
Rusiya Müdafiə Nazirliyinin keçən il oktyabr ayında başlatdığı, hərbi
vəzifəli şəxslərin Ermənistana qanunsuz silah tədarükündə iştirakına
dair silah qaçaqmalçılığı ilə bağlı açıqlamasından sonra başlayan rəsmi
araşdırma şok nəticələrə səbəb olub.
Bölgənin raket və artilleriya silahlarının anbarlarındakı şübhəli
fakturalar, Ermənistan istiqamətindəki hərbi nəqliyyat təyyarələrinin
tamamilə açıqlanmayan uçuşları və nəhayət, rus mənşəli iş adamı Karen
Karapetyan tərəfindən IL-76 alması təccüb doğurub.
FSB-nin ərazi idarələrindən muzdluların və silahların Rusiyadan
Qarabağa köçürülməsi, bəzi məmurların bank hesablarındakı sənədləşmələr
araşdırılıb.
Eyni zamanda Rusiya Müdafiə Nazirliyindən "Cənub Hərbi Dairəsində
Rusiyanın erməni diasporu KTMT üzvü ölkəsi ilə hərbi-texniki əməkdaşlıq
sistemini atlayaraq Ermənistana qanunsuz silah tədarükü şəbəkəsi
yaradıb”, - deyə bildirilib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlətə xəyanətdən bəhs edən xüsusi maddəsi ilə istintaqa başlayıb.