
Antalyada keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirində cüdoçumuz bürünc medal qazanıb.
Kişilər arasında keçirilən yarışın dörddəbir finalında Nicat Şıxəlizadə
(66 kiloqram) bürünc medal uğrunda Kilian Le Bluya qalib gələrək üçüncü
yeri tutub. Digər təmsilçimiz, onunla eyni çəki dərəcəsində mübarizə
aparan Orxan Səfərov isə üçüncü yer uğrunda mübarizədə rusiyalı Murad
Çopanova uduzaraq medalsız qalıb.
Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13
idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.