» » » Azərbaycan Premyer Liqasında nələr baş verir?

Azərbaycan Premyer Liqasında nələr baş verir?

2022-ci il dünya çempuionatının Avropa zonasının təsnifat mərhələsində millilərin oyunlarına Azərbaycan Premyer Liqasında yaranan fasilə başa çatır. Aprelin 3-də 21-ci tura start veriləcək. İlk oyun günündə "Səbail” "Zirə”ni qəbul edəcək. Həri iki komandanın son oyunlardakı çıxışı ürəkaçan deyil.  "İlk 3-lüy”ü tamamlayan "Zirə” qələbə qazanaraq mövqeyini daha da yaxşılaşdırmaq istəyir. Bu qarşılaşma 17:30-da başlanacaq.
Aprelin 4-də isə tura 3 matçla yekun vurulacaq. Əvvəlcə, "Neftçi” "Sumqayıt”ı qəbul edəcək. Bakcell Arenada keçiriləcək görüşə maraq böyükdür. Son 3 qarşılaşmada qalib gələn "Ağ-qaralar” liderliklərini davam etdirirlər. "Sumqayıt” futbolçularının isə son 5 görüşdə üzü gülmür. 4 dəfə heç-heçə etdikləri halda, 1 dəfə məğlub olublar. "Neftçi” – "Sumqayıt” matçının start fiti saat 16:30-da səslənəcək.
Saat 17:30-da isə "Sabah” – "Qəbələ” görüşü olacaq. Sonuncu pillədə gedən meydan sahibləri daha yaxşı vəziyyətdə olan "Qəbələ”dən xal almağa çalışacaq.
20-ci tura "Keşlə” – "Qarabağ” matçı ilə yekun vurulacaq. Liderlə eyni xala malik olmasına baxmayaraq, ikinci pillədə qərarlaşan "Qarabağ” bu görüşdə də azarkeşlərini sevindirmək niyyətindədir. Qarşılaşma saat 18:30-da başlanacaq.
Turnir cədvəlinə gəlincə 42 xalı  olan "Neftçi” liderliyini davam etdirir. Eyni xala malik "Qarabağ” əlavə göstəricilərə görə əzəli rəqibindən geri qalır. "Zirə” 30 xalla ilk üçlüyü tamamlayır. "Sumqayıt” 26 xalla 4-cü, "Qəbələ” 23 xalla 5-cidir. Son 3-lükdə isə "Səbail”, "Keşlə” və "Sabah” qərarlaşıb.
125     
Reklam

Reklam