Milli komandaya seleksiya xarakterli oyun keçirilib
Bu gün – martın 31-də Bakı Olimpiya
Stadionunun ehtiyat meydançasında 2007-ci il təvəllüdlü futbolçular
arasında seleksiya xarakterli oyun keçirilib. Elit-məşq layihəsinin
iştirakçıları arasında təşkil olunan oyunun əsas məqsədi 15 yaşadək
futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb
olunacaq heyətini formalaşdırmaqdır.