Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Premyer.az saytının “Onları Tanıyaq” rubrikasında - “ZümrüdTural” blogger cütlüyü

Premyer.az saytının “Onları Tanıyaq” rubrikasında - “ZümrüdTural” blogger cütlüyü

Premyer.az saytının “Onları Tanıyaq” rubrikasında -  “ZümrüdTural” blogger cütlüyüPremyer.az saytının "Onları Tanıyaq” rubrikasının bu dəfəki qonaqları – Azərbaycanın ən tanınmış blogger cütlüyü, sosial şəbəkələrdə "ZümrüdTural” olaraq tanınan – Tural Əzizov və Zümrüd Kərimovadır.
 
 
- Rubrikamızda sizləri salamlayırıq. Azərbaycanda yetərincə populyar olmağınıza baxmayaraq, yenə də istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq. İlk sualımız isə belədir – necə oldu ki bu cütlük yarandı?
- Biz ilk öncə universitet zamanı bir-birimizlə tanış olub münasibət yaratmışıq və müəyyən müddətdən sonra ailələr də bildiyi üçün biz münasibətimizi rəsmiləşdirdik. 2019-cu ildə isə ətrafımızda olan bir çox insanın səyi nəticəsində biz "Zümrüd.tural" səhifəsini(https://www.instagram.com/zumrud.tural/) açdıq və artıq 3 ilə yaxındır ki,  fəaliyyət göstəririk.
 
- Cütlüyün lideri kimdir? Qərar verdiyiniz zaman ortaq qərar verirsiniz, yoxsa sizin fikriniz üstünlük təşkil edir?
- Təbii ki, hər bir Azərbaycan ailəsində olduğu kimi , bizim ailəmizdə də kişinin sözü keçərlidir. Ancaq hər bir uğurlu kişinin arxasında öz xanımı olduğu üçün, həmin kişilər uğur qazanır və bu səbəblə müəyyən məsələlərdə Zümrüdün fikirlərindən çox yararlanıram.
 
- Tanınmış müğənni Xatirə İslamın qardaşı olmağınız sizə nə kimi üstünlüklər verir? Və ya bu qohumluğun sizin yaradıcılığınıza bir mənfi təsiri var mı?
- Əlbəttə ki, mənfi təsiri yoxdur. Yaxşı insandan insana nə xələl gələ bilərki? Elə bizim səhifəmizin açılmasında da Xatirə İslam böyük rol oynamışdır. Hal hazırda da bizə bir çox mövzuda öz dəstəyini qətiyyən əsirgəmir.
 
- Tural bəy, özünüz haqqında bir az məlumat verərdiniz. Harda təhsil almısınız və peşəniz nədir?
- İlk öncə onu deyim ki, 1996-cı ildə ziyalı ailəsində anadan olmuşuq. Biz əslən Qarabağlıyıq. Özümün əlavə olaraq professional musiqi təhsilim də var. Eyni zamanda 2017-ci ildə Azərbaycan Dillər Universitetini bir pedaqoq kimi bitirmişəm. Hal hazırda şəxsi biznesimlə bərabər, bloggerlik fəaliyyəti göstəririk.
 
- Necə düşünürsünüz, bloggerlik bir peşədir, yoxsa hobbi?
- Bir çox insanlar Azərbaycanda hobbi kimi baxa bilər, amma bloggerlik bütün dünyada qəbul olunan bir peşə sahəsidir. Hətta dünyanın bir çox universitetlərində bu sahə üzrə fakültələr var və dərslər keçirilir. Biz ilk öncə səhifəni açdığımızda,  buna hobbi kimi baxsaq da, indi isə işimizi daha ciddi hala gətirərək, peşəmiz kimi qəbul etdik.
 
- Özünüzə peşəkar blogger deyə bilərsiniz, yoxsa bunun üçün hansısa mərhələdən keçmək lazımdır?
- Əlbəttə ki, hər səhifə açan blogger olmur. Bunun üçün biz keşməkeşli yollar keçib yağış, qar demədən çəkilişlər edirik. Hətta bir dəfə, yadımdadı, Zümrüd çəkiliş üçün dikdaban ayaqqabı ilə Xızıda dağa qalxmışdı. Bu səbəbdən əgər bir kimsə səhifə açıbsa, ona blogger adı vermək qətiyyən düzgün deyil.
 
- Hazırki və gələcək planlarınız haqqında məlumat verərdiniz..
- Hazırkı planımız çəkilişlərimizə davam etməkdir  və üzərində çalışdığımız böyük layihələr var. Yaxın günlərdə artıq o layihələrimizdən birini açıqlayacağıq.
 
- Günümüzün əsas problemlərindən biri olan pandemiyanın, yaradıcılığınıza bir təsiri oldu mu?
- Pandemiyanın əlbəttə ki, yaradıcılığımıza böyük zərbəsi oldu. Biz pandemiyadan öncə böyük Avropa turuna çıxıb, bir çox layihələrə imza atacaqdıq, lakin pandemiya səbəbindən bunu edə bilmədik.
 
- Azərbaycanda bloggerlər arasında rəqabət var mı?
- Heç kim qəbul etməsə də, bloggerlər arasında böyük bir rəqabət var. Sözsüz ki, bu rəqabətə bir çox hallar səbəb ola bilər. Əslində rəqabət gözəl bir şeydir. Düşünürəm ki, rəqabət olmazsa, inkişaf da olmaz. Rəqabətlə yanaşı, deyərdim ki, dostluq daha çoxdur. Bizim də hətta dostluq etdiyimiz bir çox bloggerlər var. Və biz çalışırıq ki, bir-birimizə hər zaman öz dəstəyimizi göstərək.
 
- Pərəstişkarlarınıza və izləyicilərinizə Novruz Bayramı öncəsi nə arzulayardınız?
- Novruz bayramı öncəsi hər kəsə karantinsiz bir bayram arzu edirəm. İstərdim ki, ölkəmizdə və insanlar arasında bayram öncəsi və sonrası əmin-amanlıq hökm sürsün. Və hər kəsə, bizi sevib izləyən insanlara xoş günlər arzu edirəm.
 
Müsahibəni apardı: Rauf İskəndərov
2 871     
Reklam

Reklam