» » » İntizam Komitəsi “Qəbələ”nin futbolçusunu “təcavüzkar davranış”a görə cəzalandırdı

İntizam Komitəsi “Qəbələ”nin futbolçusunu “təcavüzkar davranış”a görə cəzalandırdı

İntizam Komitəsi “Qəbələ”nin futbolçusunu “təcavüzkar davranış”a görə cəzalandırdıİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın XX turunun "Qəbələ” – "Zirə” oyununda "Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri "təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur;
"Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
XX turun "Neftçi” – "Səbail” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XVII turunun "Qaradağ Lökbatan” – "Zaqatala” oyununda "Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XVII turun "Kəpəz” – "Neftçi-2” oyununda "Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XVII turun "Keşlə-2” – "Qarabağ-2” oyununda "Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Keşlə-2” klubunun 37 nömrəli futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
Oyun bitdikdən sonra "Keşlə-2” klubunun baş məşqçisi Rüstəm Əliyev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
XVII turun "Sumqayıt-2” – MOİK oyununda MOİK klubunun 44 nömrəli futbolçusu Ramil Orucov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
"Sumqayıt-2” – MOİK oyununda xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;
XVII turun "Turan Tovuz” – "Sabah-2” oyununda "Sabah-2” klubunun 72 nömrəli futbolçusu Kamran Quliyev "qeyri-etik ifadə”yə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
68     
Reklam

Reklam