» » » Koronavirus olmayan ada harada yerləşir?

Koronavirus olmayan ada harada yerləşir?

Koronavirus olmayan ada harada yerləşir?Kastelorizone adasında COVİD-19 yoxdur. Yunanıstana aid sözügedən adanın cəmi 500 nəfər sakini var.

Premyer.az "euronews"a istinadən xəbər verir ki, Kastelorizone adasında virus olmasa da, bütün sakinləri artıq vaksinlənib.

Yerli sakinlər Avropanın digər bölgələrində yaşayanlardan daha rahatdırlar. Yoluxmadan elə də qorxmayan Kastelorizone camaatı buna rəğmən ehtiyatı əldən vermir.

2020-ci ilin mart ayından bu yana adada yalnız bir yoluxma faktı qeydə alınıb. Daşıyıcı vaxtında izolə olunduğu üçün COVİD-19 adada yayılmayıb. Buna baxmayaraq ada sakinləri maskadan istifadə etmirlər.

Maskasız yaşayan Kastelorizone görüntülərini təqdim edirik.
86     
Reklam

Reklam