» » » AFFA daha bir əcnəbi futbolçunu milliləşdirir

AFFA daha bir əcnəbi futbolçunu milliləşdirir

AFFA daha bir əcnəbi futbolçunu milliləşdirirUkraynanın "Mariupol” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan millisinə çağırıla bilər. 
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki,  AFFA əslən azərbaycanlı olan Quliyevi gənclərdən ibarət yığmaya çağırılması üçün milliləşdirmək niyyətindədir. Assosiasiya bununla bağlı 18 yaşlı oyunçuya dəvət göndərib və futbolçu fikirləşmək üçün vaxt istəyib. Qeyd edək ki, AFFA Ukraynanın digər klubu "Minay”ın futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni milliləşdirməyə çox yaxındır.
104     
Reklam

Reklam