
Futzal millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv
Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşıb. Görüşdə hesabı 7-ci
dəqiqədə Fineo De Araujo açıb. 14-cü dəqiqədə Rizvan Fərzəliyev 2-ci
topu qonaqların qapısından keçirib. Cəmi 1 dəqiqə sonra Hadi Ahmadi
fərqi daha da artırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya
fəal başlayan moldovalılar 26-cı dəqiqədə Sergey Takotun qolu ilə
buraxılan toplardan birinin əvəzini çıxıblar. Amma rəqibin sevinci cəmi 1
dəqiqə çəkib. Tyaqo Bolinya 27-ci dəqiqədə 4-cü dəfə qonaqları
cəzalandırıb. Görüşdə son nöqtəni isə 40-cı dəqiqədə Bolinya qoyub.
Qrupdakı 3-cü oyununda da qələbə qazanan Azərbaycan millisi xallarını
9-a çatdıraraq liderliyini möhkəmlədib. Moldova isə 4 xalla 3-cü pilləyə
enib. Slovakiyalılar 2-ci pilləyə yüksəliblər. Xalsız qalan Yunanıstan
kollektivi isə autsayderdir.