» » » Azərbaycanlı güləşçi Ukraynada ermənini məğlub etdi

Azərbaycanlı güləşçi Ukraynada ermənini məğlub etdi

Azərbaycan güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdəki beynəlxalq turnirdə ilk görüşünü keçirib.

65 kq-da yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Qor Ohannesyanla qarşılaşıb.

Bayramov erməni rəqibinə 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə təşkil olunan ənənəvi yarışda Azərbacanın 11 güləşçisi mübarizə aparır.
63     
Reklam

Reklam