» » » I Divizion: Qarlı və şaxtalı hava bir oyunun təxirə salınmasına səbəb oldu

I Divizion: Qarlı və şaxtalı hava bir oyunun təxirə salınmasına səbəb oldu

Azərbaycan Respublikası ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub. Aparılan müşahidələrdən sonra Azərbaycan I Divizionunun XV turunun "Qaradağ Lökbatan” – "Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.
"Qaradağ Lökbatan”ın müraciətini, "Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edir:

XV turun "Qaradağ Lökbatan” – "Neftçi-2” oyunu 1 mart saat 14:00-da Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçirilsin və görüş "Neftçi-2” – "Qaradağ Lökbatan” kimi qeyd olunsun.

I Divizionun XXIII turunun "Neftçi-2” – "Qaradağ Lökbatan” oyunu "Qaradağ Lökbatan” – "Neftçi-2” kimi qeyd olunsun.
65     
Reklam

Reklam