"Zirə”nin hücumçusu Davit Volkov "Neftçi” ilə oyunda (1:0) zədə alıb.
Bu haqda komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib. O,
gürcüstanlı hücumçunun durumunun ciddi olduğunu vurğulayıb. Volkovun
çiyninin çıxdığı bildirilir. Qeyd edək ki, futbolçu "Neftçi”yə qarşı
görüşdə yeganə qolun müəllifi olub.