Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə
əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi
anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində
müxtəlif tədbirlər keçirilir.
Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Artıq bəzi ölkələrdə Azərbaycan diasporunun təşkilatçılığı ilə Xocalı qətliamının 29-cu il dönümünə həsr olunmuş tədbirlərə start verilib.
Bu il Norveç, İsveç, Kanada, Niderland Krallığı, Qırğızıstan və
dünyanın digər ölkələrində Xocalı soyqırımının qurbanları yad edilir.
Tədbirlər martın 1-nə qədər davam edəcək.
Xocalı qətliamının qurbanlarının xatirəsi nin yad edilməsi "Xocalıya
Ədalət”, "Xocalıya biganə qalma” kimi çağırışlar təşkil edəcək.
Bundan başqa Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçiriləcək.
Diaspor təşkilatlarından Dövlət Komitəsinə daxil olan məlumatlara görə,
ümumilikdə 50-dən çox ölkədə, 100-lərlə şəhərdə 170-dən çox anım
tədbirinin keçirilməsi planlaşdırılır.
Vüsalə Balayeva, Bizim.Media
N | Klublar | O | Q | M | B | T-F | Xal |
---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 21 | 12 | 2 | 7 | 47-14 | 43 |
2 | NEFTÇİ | 21 | 13 | 5 | 3 | 30-21 | 42 |
3 | Zirə | 21 | 7 | 4 | 10 | 24-21 | 31 |
4 | Sumqayıt | 21 | 7 | 6 | 8 | 25-24 | 29 |
5 | Qəbələ | 21 | 5 | 8 | 8 | 18-29 | 23 |
6 | Səbail | 21 | 4 | 10 | 7 | 19-33 | 19 |
7 | Sabah | 21 | 5 | 12 | 4 | 20-29 | 19 |
8 | Keşlə | 21 | 3 | 9 | 9 | 21-33 | 18 |